Britaniya ordusu üçün yeni döyüş maşınları hazırlanır
“Babcock International Group” və “Supacat” şirkətləri Böyük Britaniya ordusu üçün 70 ədəd “Jackal 3” döyüş maşınının istehsalına başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Army Recognition” portalı məlumat yayıb.
“Babcock”un baş direktoru Devid Lokvud deyib ki, “Jackal” maşınları Böyük Britaniyada təhlükəsizliyin qorunmasına kömək edəcək:
“Qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bu vaxtda Britaniya ordusuna Jackal 3-ün tədarükü müsbət qiymətləndirilməlidir”.
“Supacat”ın baş icraçı direktoru Nik Eyms isə bəyan edib ki, yeni döyüş maşını 25 illik xüsusi və 45 illik korporativ inkişafın nəticəsidir.
“Komandamız onları qısa müddətə çatdırmaq və qabaqcıl texnologiyadan istifadə etmək üçün Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edib və biz gələcəkdə də Britaniya ordusunu yüksək səviyyəli məhsullarla təmin etmək üçün davam etdirəcəyik. Texnikanın 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır”.
Oxşar xəbərlər
Böyük Britaniya 2024-cü ildə Şimali Avropada 20 mindən çox hərbçi yerləşdirəcək
ABŞ və Böyük Britaniya Yəməndə 30 hədəfə aviazərbə endirib
ABŞ və Britaniya orduları Yəmənə zərbələr endirib
ABŞ və Yaponiya PUA-lar istehsal edəcək
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












