İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək
İraq parlamenti ABŞ-ın bu ölkəyə endirdiyi zərbələri və onların nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Efe" agentliyi məlumat yayıb.
İclas yaxın günlərdə keçiriləcək və ABŞ-ın ölkədə təkrar hücumları ilə bağlı mövqe formalaşdırmağa imkan verəcək.
Deputatlar, həmçinin İraqın suverenliyinin beynəlxalq koalisiya qüvvələri tərəfindən pozulmasına son qoyulması barədə müzakirələr aparacaqlar. Söhbət İŞİD terror qruplaşması ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan gedir. Koalisiya qüvvələrinin bir hissəsi İraq ərazisində yerləşir. İraq hökuməti bu yaxınlarda Vaşinqtonla xarici hərbçilərin ölkədən çıxarılmasını koordinasiya etmək niyyətində olduğunu açıqlayıb.
Parlamentin bəyanatında vurğulanır ki, hazırda xarici hərbi mövcudluğu davam etdirməyə ehtiyac yoxdur və ABŞ və müttəfiq qüvvələrin ölkədə olması suverenliyə təhlükədir.
Qeyd edək ki, fevralın 3-də gecə saatlarında ABŞ Suriya və İraqa silsilə zərbələr endirib.
Oxşar xəbərlər
BMT ABŞ-ın İraq və Suriyaya hava zərbələri endirməsindən narahatdır
Türkiyə və İraq Fars körfəzindən nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini müzakirə ediblər
Azərbaycan və İraq prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb
İraq və Suriyada terrorçulara qarşı əməliyyatlarda 45 nəfər zərərsizləşdirilib
Azərbaycan lideri İraq Prezidentinə təbrik məktubu göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













