NBC: ABŞ-ın İrana cavab zərbələri bir neçə həftə ərzində baş verə bilər
sizinxeber.az xəbər saytı

NBC: ABŞ-ın İrana cavab zərbələri bir neçə həftə ərzində baş verə bilər


Vaşinqton Tehranın dəstəklədiyi silahlı qrupların Suriya-İordaniya sərhədindəki ABŞ bazasına üç amerikalının ölümü ilə nəticələnən hücumuna cavab olaraq bir neçə həftə ərzində İrana hücumlar həyata keçirə bilər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası zərbələr üçün konkret hədəflər barədə hələ qərar verməyib.

Hədəflərin İrandan kənarda yerləşə biləcəyi güman edilir. Kampaniya həm kiber əməliyyatları, həm də bir sıra digər ölkə və regionlarda hədəflərə qarşı dəqiq zərbələri əhatə edəcək.

Yanvarın 29-da ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ administrasiyasının bölgədəki qoşunlarına və maraqlarına qarşı hücumlara reaksiyası bir neçə mərhələni əhatə edə, çoxsəviyyəli və uzunmüddətli ola bilər.

Oxşar xəbərlər

ABŞ İordaniyadakı bazaya hücumla bağlı cavab tədbirləri görəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ İranın qapısını bərkdən döyür - müharibə olacaqmı? - ŞƏRH [xfgiven_updateblue][/xfgiven_updateblue]
İordaniya öz ərazisində ABŞ hərbi bazasına PUA ilə hücum edilməsini təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livan ərazisinə cavab zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Qəzza münaqişəsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər