"Xəzər Xəbər"in aparıcısı Günel Qədimova kanal ilə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Günel Qədimova paylaşımında ayrılıq qərarını öz istəyilə verdiyini bildirib:

"Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, burada yetişdim deyə bilərəm. "Xəzər Xəbər"in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm".