Fransanın DİN rəhbəri Parisin blokadasının qarşısının alınması barədə göstəriş verib
sizinxeber.az xəbər saytı

Fransanın DİN rəhbəri Parisin blokadasının qarşısının alınması barədə göstəriş verib


Fransanın daxili işlər naziri Jerald Darmanin paytaxt regionunun hüquq-mühafizə orqanlarına Parisin tam blokadaya alınmasının qarşısını almağı tapşırıb.

“Report”un məlumatına görə, bu barədə BFMTV kanalı məlumat yayıb.

Bu qərar bazar günü təhlükəsizlik qüvvələri ilə görüşdən sonra qəbul edilib. Polis və jandarmlar həmçinin Ryunjidə paytaxt hava limanları və Avropanın ən böyük ərzaq bazarı ətrafındakı ərazinin qorunmasına diqqət yetirəcəklər.

Qeyd edək ki, inflyasiya və Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirləri azalan narazı fermerlər Fransada kütləvi nümayişlər keçirir. Fermerlər traktorlardan istifadə edərək yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.

Oxşar xəbərlər

Raşida Dati Fransanın mədəniyyət naziri təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın Baş naziri istefa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın yeni xarici işlər naziri təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyada fermerlər iki saat mərkəzi magistral yolu bağlayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada əcnəbi müsəlman din xadimlərinin fəaliyyəti məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər