sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Beyləqanda keçiriləcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Beyləqan rayonunda keçiriləcək.
“Sizinxeber.az”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqan rayonunda görüşü təşkil olunacaq.
Aksiya Gənclər Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Oxşar xəbərlər
"Azəriqaz": Ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq
Sabah üç rayonda qaz olmayacaq
"Azəriqaz"ın ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır
Lənkəran-Astara iqtisadi rayonunda KOB dostu ofisi fəaliyyətə başlayıb
Bu gün Binəqədidə qaz təchizatı dayandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













