ABŞ-də ölümlə nəticələnən qəzadan sonra 2,4 milyon “Tesla” avtomobili yoxlanılacaq
sizinxeber.az xəbər saytı

ABŞ-də ölümlə nəticələnən qəzadan sonra 2,4 milyon “Tesla” avtomobili yoxlanılacaq


ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) biri ölümlə nəticələnən dörd qəzadan sonra özünüidarə (Full Self-Driving) proqram təminatı ilə təchiz edilmiş 2,4 milyon “Tesla” avtomobilini yenidən yoxlayacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, 2016-2024-cü ilin istehsalı olan “Tesla S” və “Tesla X”, 2017-2024-cü illərin “Tesla 3”, eləcə də 2020-2024-cü illərin “Tesla Y” modelləri və 2023-2024-cü illərdə istehsal olunmuş “Cybertruck” elektrik pikapları yoxlanılacaq.

Qeyd olunur ki, yoxlamanın nəticələrinə əsasən NHTSA bu avtomobillərin geri çağırılmasını tələb edə bilər.

NHTSA “Full Self-Driving” proqram təminatının texniki nəzarət vasitələrinin yollarda aşağı səviyyəli görüntü şəraitini aşkar etmək və onlara müvafiq reaksiya qabiliyyətini öyrənmək niyyətindədir.

Oxşar xəbərlər

“Tesla” iki milyona yaxın avtomobili nasazlığa görə geri çağırıb
“Tesla” təhlükəsizlik problemlərinə görə 1,6 milyondan çox avtomobili geri çağıracaq
Kanada Çin istehsalı olan “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib
“Tesla” 2026-cı ildə robotların kütləvi istehsalına başlamağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər