“Tesla” iki milyona yaxın avtomobili nasazlığa görə geri çağırıb
sizinxeber.az xəbər saytı

“Tesla” iki milyona yaxın avtomobili nasazlığa görə geri çağırıb


İyun ayında “Tesla” şirkəti kapot qapaqları ilə bağlı problemlər səbəbindən elektrik avtomobillərini kütləvi şəkildə geri çağırmağa məcbur olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Ars Technica” nəşri məlumat yayıb.

Ümumilikdə şirkət son dörd ildə istehsal edilən 1,85 milyon ədəd “3”, “S”, “X” və “Y” modellərini bir aydan az müddətdə geri çağırıb.

Problem ilk dəfə mart ayında çinli “Tesla” sahiblərinin kapotun istəmədən açıldığına dair şikayətindən sonra məlum olub.

Araşdırma zamanı məlum olub ki, problem kapotun kilid açarının deformasiyası ilə bağlıdır. Bu da öz növbəsində müştərilərin kapotun açıq olması barədə bildirişlər almasına mane olur.

Vurğulanıb ki, problem kapotun qapağı ilə əlaqəli olsa da, proqram yeniləməsi ilə həll edilə bilər.

Oxşar xəbərlər

Əlcəzair Fransadakı səfirini geri çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Tesla” 2026-cı ildə robotların kütləvi istehsalına başlamağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2025-ci ilə qədər uçan Tesla istehsal olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Toyota” və “Lexus”da təhlükəli nasazlıq aşkar edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər