Bayden Netanyahu ilə HƏMAS liderinin ölümünü müzakirə edəcək
ABŞ Prezidenti Cozef Bayden Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümü ilə bağlı İsrailin Baş naziri Binyamin Netanyahu ilə yaxın vaxtlarda telefon danışığı aparacaq.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.
“Mən tezliklə Baş nazir Netanyahu ilə danışacağam ki, girovları ailələrinə qaytarmağın yollarını müzakirə edək və günahsız insanlara bu qədər dağıntı gətirən müharibəni birdəfəlik bitirək”, - Bayden deyib.
ABŞ Prezidenti əlavə edib ki, İsrail tərəfi Qəzza zolağında keçirilən əməliyyat zamanı Sinvarın məhv edilməsi barədə öz milli təhlükəsizlik komandasını məlumatlandırıb və sonradan onun ölümü DNT testləri ilə təsdiqlənib.
O, həmçinin vurğulayıb ki, ABŞ kəşfiyyatı İsrail Müdafiə Qüvvələrinə HƏMAS liderlərinin izinə düşməyə kömək edib.
Baydenin fikrincə, HƏMAS Siyasi Bürosunun rəhbərinin ölümü Qəzza zolağında vəziyyətin sülh yolu ilə həllinə nail olmaq imkanlarını açır: "Yəhya Sinvar bu məqsədlərə çatmaq üçün keçilməz maneə idi. İndi o maneə artıq yoxdur, amma hələ çox işimiz var".
Oxşar xəbərlər
Netanyahu: İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır
Bayden Netanyahuya HƏMAS ilə təcili razılaşmanın vacibliyini bildirib
İsrail XİN rəhbəri HƏMAS liderinin öldürüldüyünü təsdiq edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
