KİV: Fransada Rusiyadan olan biznesmenlərin dəyəri 70 milyon avrodan çox olan əmlakına həbs qoyulub
sizinxeber.az xəbər saytı

KİV: Fransada Rusiyadan olan biznesmenlərin dəyəri 70 milyon avrodan çox olan əmlakına həbs qoyulub


Fransa məhkəməsi mümkün çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində iki rusiyalı sahibkarın dəyəri 70 milyon avrodan çox olan əmlakına həbs qoyub.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, söhbət 2012-2014-cü illərdə Fransanın cənub-şərqində satın alınan daşınmaz əmlak obyektlərindən - Qrasda (Dənizkənarı Alp departamenti) 22,5 hektar ərazisi olan əmlak və Sen Rafael və Qrimodakı (Var departamenti) villalardan, eləcə də lüks avtomobillərdən gedir.

Nəşr iddia edir ki, bu əmlak Kipr pasportuna malik rus əsilli iki sahibkara - Ruslan Qoryuxinə və Mixail Openheymə məxsus ola bilər.

Qoryuxinin vəkili Kristian Rot qəzetə bildirib ki, müvəkkili bu işlə bağlı heç bir açıqlama verməyəcək və mövcud məlumatları nə təsdiq, nə də təkzib edəcək. Openheymin maraqlarını təmsil edən vəkil Fransua Artyupel də olaya şərh verməkdən yayınaraq, yalnız sahibkarın bu cinayət prosesində tərəf olmadığını deyib.

“France-Presse” agentliyi məhkəmədəki mənbəyinə istinadən yazıb ki, araşdırma zamanı hüquq-mühafizə orqanları bu obyektlərin alınması üçün istifadə olunan vəsaitlərin mənşəyinin gizlədilməsindən şübhələniblər.

Oxşar xəbərlər

Kamran Əliyev: Bu il özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsi ödətdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti Niderlanda 908 milyon dollarlıq raketin satışını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
​​​​​​​İpoteka və Kredit Zəmanət Fondu ümumi dəyəri 2 milyard manata yaxın olan əmlaklarına sığortaçı seçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Texnika Bank” və “Bank Standard”ın əmlakları hərraca çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Telegram"ın təsisçisi Fransada saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər