Ağ Ev Baydenin ailəsi ilə bağlı sənədləri Konqresə verməkdən boyun qaçırır
Amerikalı qanunvericilər ABŞ prezidenti Cozef Baydenə qarşı impiçment prosesinin başlanması ilə bağlı hələ qərar qəbul etməyiblər.
“Report” xəbər verir ki, bu açıqlama ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson çıxış edib.
Onun sözlərinə görə, Ağ Ev tələb olunan sənədləri təhvil verməkdən və baş verənləri dəqiq müəyyən etmək üçün əsas olan bəzi şahidləri təqdim etməkdən imtina edir:
“Yenə deyirəm, biz hələ əvvəlcədən verilmiş hökmdən danışmırıq, impiçment prosedurunun başlanacağı qənaətinə gəlməmişik. Amma həqiqəti üzə çıxarmaq üçün ifadə almaq və sənədləri təhvil vermək üçün əlavə zəruri addımlar atmağa məcburuq. Prezidentə qarşı vaxtından əvvəl impiçment hökmü konstitusiya öhdəliklərinin pozulması olardı, lakin araşdırma aparmaq və həqiqəti aşkar etmək lazımdır”.
Spiker qeyd edib ki, Baydenin ailəsi yaratdıqları şirkətlər vasitəsilə 20 milyon dollardan çox pul qazanıb: “Vəsaitlər Çin, Rusiya və Qazaxıstandan daxil olub. Bilirik ki, Cozef Bayden ən azı 22 dəfə xarici tərəfdaşları ilə oğlu Hanter Baydenin biznes fəaliyyətini müzakirə edib”.
Oxşar xəbərlər
Baydenin oğlundan Konqresə hörmətsizlik - CƏZALANDIRILACAQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də bu həftə İsrailə yardım haqqında qanun layihəsinə baxılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məni öldürməyə çalışırlar - Baydenin oğlu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













