sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Husilər Fransaya məxsus şirkətin ticarət gəmisinə hücum ediblər
Husilər Fransanın CMA CGM şirkətinə məxsus “Tage” ticarət gəmisinə hücum ediblər.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM şirkətinin “Tage” gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib”, - o əlavə edib.
Qeyd edilib ki, husilər gəmiyə hücum edib, çünki gəmi heyəti xəbərdarlıqlara cavab verməkdən imtina edib. İsrailə gedən gəmilərə hücumların davam etdiriləcəyini də vurğulayıb.
Y.Sariya bildirib ki, ABŞ-nin husilərə qarşı mübarizə cəhdləri cavabsız qalmayacaq.
Oxşar xəbərlər
Husilər İsraillə əlaqəsi olduğu iddia edilən gəmilərə hücum ediblər
Pentaqon Qırmızı dənizdə husilərin gəmilərə yüzlərlə hücum etdiyini açıqlayıb
Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlarını bildiriblər
Husilərin nümayəndəsi: "Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəyik"
Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













