Yaponiyada təyyarələr toqquşub, ölənlər var
Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsinin Tokionun Haneda hava limanına enərkən toqquşduğu Yaponiya Sahil Mühafizəsi DHC-8 hərbi-nəqliyyat təyyarəsinin altı ekipaj üzvündən beşi həlak olub.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Sahil Mühafizəsinin məlumatına görə, yanan təyyarədən çıxa bilmiş DHC-8 pilotunun vəziyyəti ağırdır. Təyyarə ölkənin zəlzələdən zərər çəkmiş rayonlarına humanitar yardım çatdırmaq üçün uçmağa hazırlaşırdı. Toqquşmanın səbəbləri barədə hələ ki məlumat yoxdur.
Eyni zamanda, ölkənin şimalındakı Sapporo şəhərindən Tokioya uçan JAL təyyarəsində olan 367 sərnişindən heç biri xəsarət almayıb. Onlar evakuasiya olunublar. 12 ekipaj üzvü də həyatı təhlükə altında deyil.
Oxşar xəbərlər
İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keniyada hərbi helikopter qəzaya uğradı: Azı səkkiz nəfər həlak oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda qatarlar toqquşdu: ölənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Hələb hava limanına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Türkiyəyə növbəti yardımı göndərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












