ABŞ və Cənubi Koreya Şimali Koreyanı zibil balonlarını havaya buraxmağı dayandırmağa çağırıb
Koreya Respublikası və ABŞ-nin müdafiə nazirləri Sin Von Sik və Lloyd Ostin KXDR-i Koreya yarımadasının cənubuna zibil dolu şarların buraxılmasını dayandırmağa çağırıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
İki ölkənin müdafiə nazirləri paytaxt Tokioda yapon həmkarlarının iştirakı ilə üçtərəfli görüşün keçirildiyi yerdə danışıqlar aparıblar. Sin Von Sikin sözlərinə görə, şarların buraxılması Koreya Respublikasının suverenliyinə təhdid yaradır və bu hərəkətlər Koreya müharibəsini bitirən atəşkəs şərtlərini pozur. Belə ki, iyulun 24-də KXDR Cənubi Koreyaya təxminən 480 zibil dolu şar buraxıb.
Koreya Respublikası və ABŞ KXDR-in “təxribatlarını cilovlamağa” hazır olduqlarını təsdiqləyiblər və Moskva ilə Pxenyan arasında silah ticarətinin mövcudluğunu vurğulayıblar.
Sin Von Sik və Lloyd Ostin həmçinin bildiriblər ki, son qəbul edilmiş “Koreya yarımadasında nüvə cilovlanması və nüvə qüvvələrinin əməliyyatları prinsipləri” genişləndirilmiş cilovlama sahəsində əməkdaşlığın gücləndirilməsi üçün “möhkəm təməl” olacaq.
Oxşar xəbərlər
KXDR Cənubi Koreyaya yenidən zibil balonları buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KXDR Koreya və ABŞ-a xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kim Çen In: Koreya yarımadasında ən ədavətli iki dövlət var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












