İordaniyanın Fransadakı səfirliyi qarət edilib
sizinxeber.az xəbər saytı

İordaniyanın Fransadakı səfirliyi qarət edilib


Naməlum şəxslər Fransanın paytaxtı Parisin nüfuzlu Nöyi-sür-Sen kommunasında yerləşən İordaniyanın Fransadakı səfirliyinə daxil olublar.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Sud Ouest qəzeti məlumat yayıb.

Qeyd olunub ki, oğurlanmış əşyalar arasında məxfi məlumatları ehtiva edən kompüter, təxminən 15 min avro dəyərində saat və İordaniya səfiri Lina əl-Hadidin mənzilinin açarları ola bilər.

Prokurorluq məxfilik şərtlərini əsas gətirərək oğurlanmış əmlakla bağlı məlumatları təsdiq etmir.

Qəzetin məlumatına görə, hadisə ilə bağlı cinayət işi açılıb.

Oxşar xəbərlər

Azərbaycanın Fransadakı səfirliyi katolik icması ilə həmrəy olduğunu bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər