sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Husilər İsrail paytaxtına raket atıblar
Yəməndəki husi qiyamçıları İsrailin Təl-Əviv və Aşkelon şəhərlərindəki hərbi hədəflərə raketlər və pilotsuz uçuş aparatları atıblar.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Qüvvələrimiz işğal altında olan Yaffa (Təl-Əviv) bölgəsində hərbi hədəfə və işğal altında olan Aşkelon ərazisindəki mühüm hədəfə hücum edərək hərbi əməliyyat keçirib”, - paylaşımda qeyd edilib.
O bildirib ki, husilər Təl-Əvivə hücumda “Fələstin-2” ballistik raketindən, Aşkelona hücumda isə Yaffa dronundan istifadə ediblər.
Y.Sari hər iki hücumun uğurlu olduğunu iddia edir.
Oxşar xəbərlər
ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəməndəki hədəflərə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
