Qəzzada ölənlərin sayı 21,5 min nəfərə çatıb
sizinxeber.az xəbər saytı

Qəzzada ölənlərin sayı 21,5 min nəfərə çatıb


Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olanların sayı 21 507 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb. Bu rəqəmlərə son 24 saat ərzində 187 ölüm daxildir. Lakin statistika mülki şəxslərlə silahlı qruplaşmaların üzvləri arasında fərq qoymur.

Öz növbəsində, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Yaxın Şərq üzrə qurumu oktyabrın 7-dən bu yana agentliyə məxsus binalarda gedən döyüşlərdən sığınan 308 nəfərin həlak olduğunu bildirib. BMT binalarında gizlənən daha 1 095 nəfər yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Oxşar xəbərlər

İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza zolağında ölənlərin sayı 20,4 mini keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail dekabrın 1-dən HƏMAS-ın minlərlə yaraqlısını məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-a bir həftəlik hərbi əməliyyatları dayandırmağı təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzzada HƏMAS-ın əsas dayaqlarından olan şəhəri ələ keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər