İsrail İordaniya ilə sərhədi PUA-larla gücləndirməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

İsrail İordaniya ilə sərhədi PUA-larla gücləndirməyi planlaşdırır


İsrail Müdafiə Ordusu İordaniya ilə sərhəddə nəzarəti gücləndirmək üçün tədbirlər kompleksi hazırlayır.

"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

“İsrail müdafiə ordusu İordaniya ilə sərhədi yeni komanda heyəti, maneələr və pilotsuz uçuş aparatları (PUA) ilə müdafiə etməyi planlaşdırır. İsrail ordusunun sərhədi möhkəmləndirmək planı ilk dəfə müdafiə və maliyyə nazirliklərində yüksək vəzifəli şəxslərə təqdim olunacaq”, - məlumatda bildirilib.

Bu tədbirlər üç mərhələdə - yüzlərlə texniki vasitələrin, o cümlədən radarların və kameraların quraşdırılması, qoşunların sərhəd yaxınlığında yerləşdirilməsi, daha sonra hava qüvvələrinin imkanlarının gücləndirilməsi və sərhəd maneələrinin quraşdırılması ilə həyata keçiriləcək.

Oxşar xəbərlər

İsrail İordaniya ilə bütün sərhəd keçidlərini bağlayıb
Ərəbistan və İordaniya İranla İsrail arasındakı gərginlik zamanı səmalarını bağlayacaq
İsrail Livandan gələn “şübhəli hava hədəfinin” ələ keçirildiyini açıqlayıb
KİV: “İsrail rəsmiləri İranın hücumunu təsdiqləyiblər”
İsrail ordusu: İran buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle