İsrail ordusu: İran buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb
İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.
Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən “The Times of Israel” qəzeti yazıb.
Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı buraxıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb.
“Onlar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub. Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb və İsrail ordusu onlardan 25-nin qarşısını ala bilib”.
Haqari həmçinin İranın İsrailə 120 ballistik raket atdığını bildirib. Onlardan bəziləri İsrailin raketdən müdafiə sistemini aşaraq Nevatim aviabazasına uçub. Ordu sözçüsü bildirib ki, bazaya cüzi ziyan dəyib.
“Pilotsuz uçuş aparatlarının və raketlərin bəziləri İraq və Yəməndən İsrailə atılıb, lakin onlar yəhudi dövlətinin hava məkanını keçməyib”.
Oxşar xəbərlər
NYT: İran İsrailə 185 PUA və 146 raket atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ hərbçiləri 70-dən çox İran PUA-sını zərərsizləşdirib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












