Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb
Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb.
Xatırladaq ki, 19 dekabr tarixində yerli vaxtla gecə saat 4-də Qansu vilayətinin Cişişan rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Çinin Dövlət Şurası (Nazirlər Kabineti) təbii fəlakətlə əlaqədar 2-ci dərəcəli fövqəladə reaksiya elan edib. Fövqəladə Hallar Nazirliyi zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bölgəyə əlavə qüvvələr səfərbər edib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin insan itkisinin artmaması üçün axtarış-xilasetmə işlərinin sürətlə və dəqiqliklə aparılmasına göstəriş verib. Qansu vilayətində axtarış-xilasetmə işlərinə 600-ə yaxın canlı qüvvə, 100-ə yaxın texnika, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.
Oxşar xəbərlər
Çində güclü zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb - YENİLƏNİB-5 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində güclü zəlzələ olub, ölənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində güclü zəlzələ nəticəsində 86 nəfər ölüb, 100-dək insan yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 4.5 gücündə zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qvineyada yanacaq anbarının partlaması nəticəsində ölənlərin sayı 18-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












