Nigeriyada daşqınlar 170-dən çox insanın həyatına son qoyub
Nigeriyada bir neçə həftədir davam edən daşqınlar 170-dən çox insanın ölümünə, 200 mindən çox sakinin isə məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub.
"Sizinxeber.az"un xarici məbuata istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli İdarənin nümayəndəsi Manzo Ezekiel bildirib.
CNN ona istinadən xəbər verib ki, təbii fəlakətdən ən çox Nigeriyanın şimal bölgələri zərər çəkib. Güclü yağıntılar və iki ən böyük çayın - Niger və Benuenin səviyyəsinin qalxması səbəbindən ölkənin digər bölgələrini də ciddi təhlükə gözləyir. Su təchizatının çirklənməsi səbəbindən vəba xəstəliyinin yayılması riski var.
Öz növbəsində, Nigeriyanın Hidroloji Xidmətlər Agentliyi yuxarı axar ölkələrdəki su anbarlarında tullantılar səbəbindən Niger çayında suyun səviyyəsinin qalxması təhlükəsi barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Çadda daşqınlar 54 nəfərin həyatına son qoyub
Nigerdə daşqınlar nəticəsində 50-dən çox adam ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
