Aİ-nin Ukraynaya yardımla bağlı fövqəladə sammiti keçiriləcək
sizinxeber.az xəbər saytı

Aİ-nin Ukraynaya yardımla bağlı fövqəladə sammiti keçiriləcək


Ukraynaya 50 milyard avro yardımın ayrılması üçün 2027-ci ilə qədər çoxillik büdcəyə düzəlişlər üzrə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.

"Report" xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

"Avropa İttifaqının çoxillik büdcə ilə bağlı fövqəladə sammiti fevralın 1-də keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün Macarıstanı razı salmağa bir az daha vaxt lazımdır", - o bildirib.

Qeyd edək ki, dekabrın 14-15-də keçirilən sammitdə Aİ liderləri Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını formalaşdırmaq üçün çoxillik büdcə və Aİ ölkələrinin əlavə töhfələri ilə bağlı razılığa gəlməyiblər. Nəticədə Ş.Mişel 2024-cü ilin əvvəlində bu mövzuda yeni sammitin keçiriləcəyini bildirib.

Oxşar xəbərlər

AB Orbanı yola gətirmək istəyir: 50 milyardlıq yardım... [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-dan İsrail, Ukrayna və Tayvana fantastik yardım... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: "Ukraynaya hərbi yardım üçün pulumuz demək olar tükənib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya kiberhücumlara qarşı müdafiə üçün Ukraynaya 23 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Ukraynaya yardım ayrılmayacağı halda, Rusiya, Çin və İranın sevinəcəyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər