Türkiyə XİN: Somali və Efiopiya bir sıra məsələlərdə əhəmiyyətli yaxınlaşma əldə edib
Somali və Efiopiya arasında bəzi əsas prinsiplər və konkret elementlər üzrə əhəmiyyətli yaxınlaşma baş verib.
“Sizinxeber.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 1-də başlayan və Türkiyənin vasitəçiliyi ilə iki ölkə arasında keçirilən Ankara prosesinin ikinci mərhələsinin yekunlarına əsasən deyib.
O bildirib ki, prosesi uğurla başa çatdırmaq ümidi ilə danışıqların üçüncü raundu üçün sentyabrın 17-də yenidən Ankarada görüşəcəklər.
Fidan birinci raund danışıqlar ilə müqayisədə bu dəfə daha geniş mövzuları əhatə etdiklərini vurğulayıb: “Bu, müsbət haldır. Atılmalı olan konkret addımların təfərrüatlarına və texniki aspektlərinə diqqət yetirmək imkanımız oldu. Ankara prosesini uğurla başa vurmaq üçün Efiopiya Baş naziri Abiy Əhməd Əli və Somali Prezidenti Həsən Şeyx Mahmuddan konstruktiv yanaşmalarını və qətiyyətlərini davam etdirmələrini gözləyirik”, - türkiyəli nazir bildirib.
Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Efiopiya rəsmilərinin tanınmamış Somalilend ilə dəniz limanlarını icarəyə götürmək üzrə müqavilə bağlamasından sonra pisləşib. Rəsmi Moqadişo bu müqaviləni qanunsuz adlandırıb və Efiopiyadakı səfirini geri çağırıb.
Oxşar xəbərlər
Ankarada Türkiyənin vasitəçiliyi ilə Somali və Efiopiya arasında növbəti danışıq baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
