ABŞ-ın lazer sistemləri hipersəs silahlarına qarşı yaramır
sizinxeber.az xəbər saytı

ABŞ-ın lazer sistemləri hipersəs silahlarına qarşı yaramır


ABŞ ordusunda mövcud olan lazer sistemləri hipersəs silahlarına qarşı istifadə edilə bilməz.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The National Interest” portalı məlumat yayıb.

Nəşrin ABŞ Müdafiə Nazirliyinin hesablamalarına istinadən yazdığı kimi, əsas məhdudlaşdırıcı amil lazerlərin gücüdür.

Lazer silahlarının gücü hipersonik raketlərin hədəfinə çatmasının qarşısını almaq üçün ən azı 1 min kVta çatmalıdır. Bu, ABŞ-ın ən qabaqcıl taktiki lazer sistemlərinin gücündən üç dəfə çoxdur.

Digər maneə bu cür sistemlərin istifadə oluna biləcəyi qısa məsafədir. Havanın çirklənməsi, qum, tüstü, su buxarı və digər maddələr lazer şüalarına səpələyici təsir göstərərək, onların əhatə dairəsini 1 mil (təxminən 1,6 km) məhdudlaşdıra bilər.

Pentaqonun proqnozlarına görə, yaxın gələcəkdə lazer şüalarının diapazonu maksimum 5 mil (təxminən 8 km) qədər artırıla bilər.

Oxşar xəbərlər

Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zabratda gözəllik salonundan 17 min manatlıq aparat oğurlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ prezidentliyinə namizəd Ukraynaya ordu göndərilməsini istisna etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə qadın qaynı tərəfindən qətlə yetirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ terrorçu PKK/YPG üçün hava hücumundan müdafiə sistemləri göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər