Zabratda gözəllik salonundan 17 min manatlıq aparat oğurlanıb - VİDEO
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus Zabrat qəsəbəsində yerləşən gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.
APA DİN-ə istinadən xəbər verir ki, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıblar. Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.
Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir. Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Oxşar xəbərlər
On min manatlıq oğurluq edən şəxslər tutulub
Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb
İmişlidə ov edən şəxs saxlanılıb
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib
Göygöl və Şabranda qanunsuz tikililər sökülüb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












