Pentaqon ötən il 200-dən çox nüvə silahı alıb
sizinxeber.az xəbər saytı

Pentaqon ötən il 200-dən çox nüvə silahı alıb


“ABŞ Müdafiə Nazirliyi 2023-cü ildə 200-dən çox nüvə silahı əldə edib”.

“Sizinxeber.az” “xəbər verir ki, bunu ABŞ-ın Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cil Hrubi deyib.

O qeyd edib ki, keçmiş prezidentlər Barak Obama və Donald Tramp, eyni zamanda hazırkı dövlət başçısı Cozef Bayden administrasiyaları dövründə qoyulmuş investisiyalar nəticəsində Milli Nüvə Təhlükəsizliyi Administrasiyası keçən il Müdafiə Nazirliyinə 200-dən çox modernləşdirilmiş nüvə silahı çatdıra bilib:

“Bu, Soyuq müharibənin bitməsindən bəri ən böyük illik tədarükdür. 2023-cü ilin oktyabrında ABŞ B61 nüvə bombasının yeni modifikasiyasını elan etdi - B61-13. İlk B61-13 silahının 2026-cı maliyyə ilində istehsal olunacağını gözləyirik. Strateji sabitliklə bağlı proqramlar üçün büdcə tələbi təxminən 25 milyard dollar olacaq ki, bunun da 21 milyard dolları nüvə silahları üçün nəzərdə tutulub”.

Oxşar xəbərlər

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ dünyada nüvə məhdudiyyətlərini ləğv etməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikanın “F-35” qırıcısı nüvə silahı daşıya biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranlı deputat Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp nüvə silahını bəşəriyyət üçün əsas təhlükə adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər