İranlı deputat Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb
İran parlamentinin 12-ci çağırış deputatı, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb.
Bu barədə “Report” “Khabar-e Online” nəşrinə istinadən xəbər verir.
Siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-ın İraqdakı bazasına hücumu hansı inamla təşkil etdiyinə əsaslanıb.
“Görünür, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə, ondan əvvəl isə İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi”.
O, aydınlaşdırıb ki, İranın həqiqətən də nüvə silahı istehsal edə bildiyinə tam inam yoxdur, lakin Tehran alimlərin bu silahı yaratmağa çox yaxınlaşdığını dəfələrlə bəyan edib.
Oxşar xəbərlər
Amerikanın “F-35” qırıcısı nüvə silahı daşıya biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə etmək məsuliyyətini öz üzərinə götürəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ dünyada nüvə məhdudiyyətlərini ləğv etməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran nüvə sazişini bərpa etməyə hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












