Banqladeşdə etiraz aksiyasında 15 nəfər yaralanıb
Banqladeşdə bu gün yenidən başlayan tələbə etirazlarında azı 15 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Protom Alo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, tələbələr bu ayın əvvəlində ölkədə keçirilən etiraz aksiyalarının iştirakçılarının azad edilməsi tələbi ilə yenidən nümayiş keçiriblər.
Qeyd olunur ki, Dəkkə və Banqladeşin digər bölgələrində bir neçə aksiya təşkil edilib, lakin onlar irimiqyaslı olmayıb, bununla belə, polis nümayişləri dağıtmaq üçün dəyənəklərdən istifadə edib və 20-yə yaxın adamı saxlayıb.
Xatırladaq ki, iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində 1971-ci il Müstəqillik Müharibəsi iştirakçılarının qohumları üçün iş yerlərinə kvota tətbiq edilməsi sisteminə qarşı etirazlar başlayıb. Ölkədə vəziyyət tədricən gərginləşib, etirazlar 170-dən çox insanın öldüyü toqquşmalara çevrilib.
Oxşar xəbərlər
Hindistan XİN: Banqladeşdə etirazlar səbəbindən minlərlə tələbə təxliyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə polis nümayişçilərə atəş açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Banqladeşdə son iğtişaşlarda 147 nəfər ölüb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyada etirazçılar Belqradda nəqliyyatın hərəkətini əngəlləməyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












