Pakistanda daşqınlar nəticəsində azı 24 nəfər ölüb
Pakistanın şimal və şimal-qərbində yağan leysan yağışları və onların səbəb olduğu daşqınlar nəticəsində azı 24 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin məlumatına görə, Ərəbistan dənizi və Benqal körfəzindən siklonun gətirdiyi güclü yağışlar ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 18 nəfərin həyatına son qoyub. Yağışların səbəb olduğu daşqınlar 150 yaşayış binasının dağıldığı Yuxarı Çitral qəsəbəsinə ciddi ziyan vurub.
Şimaldakı Pəncab əyalətində isə 5 nəfərin öldüyü bildirilir. Regionun paytaxtı Lahorda cümə axşamı 44 ilin ən yüksək yağıntısı qeydə alınıb - 340 mm. Meqapolisin küçələri çaylara çevrilib, yaşayış məntəqələrinə elektrik enerjisi verilişi kəsilib, dövlət idarələri, məktəblər və mağazalar bağlanıb, şəhər xəstəxanalarının işi çox çətinləşib.
Pakistan Meteorologiya İdarəsinin məlumatına görə, ölkə ərazisində leysan yağışlar avqustun 6-dək davam edəcək.
Oxşar xəbərlər
CAR-da daşqınlar nəticəsində azı 12 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]
CAR-da daşqınlar 14 nəfərin həyatına son qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində güclü zəlzələ nəticəsində 86 nəfər ölüb, 100-dək insan yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












