Moldova rusiyalı diplomatı ölkədən çıxarır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Moldova rusiyalı diplomatı ölkədən çıxarır - YENİLƏNİB


Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşlarından biri “persona non-grata” elan edilib.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, Moldova parlamentində aparılan axtarışlar və saxlanılanlara qarşı dövlətə xəyanət ittihamı ilə bağlı Rusiyanın bu ölkədəki səfiri Oleq Vasnetsov XİN-ə dəvət olunub.

Səfir bildirib ki, Rusiya tərəfi Moldovanın bu qərarını cavabsız qoymayacaq.

Qeyd edək ki, ötən gün Moldova İnformasiya və Təhlükəsizlik Xidməti və prokurorluq orqanları əməkdaşları parlament binasında axtarış aparıblar.

11:40

Rusiya səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xəbər verir ki, bu barədə TASS Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Rusiya səfiri etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb. O, artıq nazirlikdədir”, - qurumdan bildirilib.

Oxşar xəbərlər

Moldova parlamentində axtarış aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Azərbaycan səfirliyinin iki diplomatını “persona non-grata” elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Moldovadakı səfiri XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa XİN azərbaycanlı diplomatları “persona non-grata” elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Fransaya nota verib, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər