sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Fransaya nota verib, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib
26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.
Qeyd edilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
Oxşar xəbərlər
ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb, rəsmi Bakının etirazları çatdırılıb
Bu səfirliklər "Abzas media"nı qanunsuz maliyyələşdirib - XİN
İran Rusiyaya nota verib
İran Almaniyaya nota göndərib
Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













