Fransa XİN azərbaycanlı diplomatları “persona non-grata” elan edib
sizinxeber.az xəbər saytı

Fransa XİN azərbaycanlı diplomatları “persona non-grata” elan edib


Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.

“Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib”, - məlumatda deyilir.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Oxşar xəbərlər

Fransa Azərbaycan səfirliyinin iki diplomatını “persona non-grata” elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Fransaya nota verib, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fransa anlamalıdır ki, Azərbaycanın tutduğu yolun geri dönüşü yoxdur” – RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fransanın Qafqaz siyasəti bütün cəbhələrdə iflasa uğrayıb” - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makronun növbəti uğursuzluğu - Fransanın casus planı ifşa olunur - ŞƏRH [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər