İspaniyada istilər 2,6 mindən çox insanın həyatına son qoyub
Yayın əvvəlindən İspaniyada yüksək hərarətlə bağlı 2 635 vaxtından əvvəl ölüm halı qeydə alınıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İspaniya mətbuatı III Karlos İnstitutunun Gündəlik Ölüm Həddinə Nəzarət Sisteminə (MoMo) istinadən məlumat yayıb.
İnstitutun məlumatına görə, ölüm hallarının demək olar yarısı – 1 149 hadisə avqustun 3-dən 18-dək olan istilər zamanı baş verib.
Kanar adalarında yayda 51 ölüm halı qeydə alınıb, onlardan 15-i avqustda, 36-sı iyulda olub.
“İstilikdən ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı (2 529) və xüsusilə də 75 yaşdan yuxarı (2 347 nəfər, onlardan 1 747 nəfəri 85 və daha yuxarı yaşda olub) insanlar arasında baş verib”, - məlumatda deyilir.
Sistem məlumatlarına əsasən, ölənlərin 1 579-u qadın, 1 056-sı isə kişi olub.
Qeyd edək ki, yüksək temperaturla bağlı buyaykı 2 635 ölüm halı ötən ilin analoji dövrü (1856 nəfər) ilə müqayisədə 40 % çoxdur.
Oxşar xəbərlər
Ötən il Azərbaycanda 102 min 310 nəfər doğulub
Azərbaycanda ölüm halları azalıb
Ötən ay dünyada 47 mindən artıq insan vəbaya yoluxub
Ötən il Avropada təxminən 50 min insan istilərdən ölüb
Bu ilin yanvar-fevral ayında Azərbaycanda 10 mindən çox ölüm halı qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













