Tramp: ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi


ABŞ Azərbaycanla Ermənistan arasında 37 ildir davam edən münaqişəni həll edə bildi.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“Münaqişə 37 il davam etdi. İki lider bildirdi ki, heç vaxt bu məsələnin həll oluna biləcəyini düşünməzdilər. Rusiya bu problemi həll etməyə çalışdı. Vəziyyət qəliz idi, lakin biz bunu bacardıq”, - o bildirib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar.

Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların bloklanmasına dair memorandum imzalayıblar.

Oxşar xəbərlər

Qvatemala Bakı ilə İrəvan arasında sülh bəyannaməsini alqışlayıb
Ərdoğan: ABŞ-də əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”
ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı məsələni Rusiya yox, ABŞ həll etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle