sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ İsrail və “Hizbullah” arasında genişmiqyaslı döyüşlərin olacağına inanmır
Amerika Birləşmiş Ştatları Livan sərhədində vəziyyətin kəskin pisləşməsinə baxmayaraq, hələ də İsrail və “Hizbullah” arasında genişmiqyaslı döyüşlərin qaçılmaz olduğuna inanmır.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.
“Genişmiqyaslı müharibənin qaçılmaz olduğuna inanmırıq. Və inanırıq ki, bundan hələ də qaçmaq olar”, - ABŞ prezidentinin sözçüsü bildirib.
Qeyd edək ki, iyulun 27-də Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində 12 uşaq ölüb. İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin bu ağır hücumu cavabsız qoymayacağını vurğulayıb.
Oxşar xəbərlər
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
Netanyahu: Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək
ABŞ müdafiə naziri "Hizbullah" və İsrail arasında döyüşün qaçılmaz olduğuna inanmır
İsrail XİN: "Hizbullah" və Livanla genişmiqyaslı müharibə yaxınlaşıb
İsrailin müdafiə naziri: “Hizbullah” Holana hücuma görə ağır bədəl ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













