Meksika narkokartelləri ilə mübarizə üçün ABŞ Ordusundan istifadənin müzakirəsinə hazır deyil
sizinxeber.az xəbər saytı

Meksika narkokartelləri ilə mübarizə üçün ABŞ Ordusundan istifadənin müzakirəsinə hazır deyil


Meksika hökuməti Vaşinqtonun yenidən belə bir təklif irəli sürəcəyi təqdirdə narkotik kartelləri ilə mübarizə üçün ABŞ qoşunlarının yeridilməsi məsələsini müzakirə etməyə hazır deyil.

"Sizinxeber.az"un məlumatına görə, bunu Latın Amerikası ölkəsinin Prezidenti Klaudiya Şeynbaum deyib.

"Artıq dediyim kimi, ABŞ Prezidenti Donald Tramp əslində telefon danışıqlarının birində ABŞ qoşunlarının yeridilməsini təklif etdi, mən ona "yox" cavabı verdim. Dedim ki, bu, müzakirə mövzusu deyil. O, başa düşdü. Onlar yenə təkid edə bilərlər, lakin bu mövzu müzakirə olunmur", - K.Şeynbaum mətbuat konfransında deyib.

Şeynbaum qeyd edib ki, əməkdaşlığın başqa formaları da var: "Onlar bizə məlumat verə bilərlər və ya məlumat var ki, biz onları tabeliksiz əməkdaşlıq və ölkələrimizin suverenliyinə hörmət əsasında təmin edə bilərik".

Oxşar xəbərlər

Meksika ABŞ-yə xəbərdarlıq edib
Meksika Prezidenti ABŞ qoşunlarının ölkəyə yerləşdirilməsi ideyasını rədd edib
Meksika körfəzin adının dəyişməsinə görə "Google"u məhkəməyə verə bilər
Meksika Prezidenti Kanada Baş naziri ilə telefon danışığı aparıb
Meksika və Braziliya liderləri ABŞ-nin yeni rəhbərliyi ilə münasibətlərin inkişafına hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər