Aİ investisiya öhdəliklərini yerinə yetirmədiyi təqdirdə ABŞ rüsumları 35 %-ə qaldıracaq
sizinxeber.az xəbər saytı

Aİ investisiya öhdəliklərini yerinə yetirmədiyi təqdirdə ABŞ rüsumları 35 %-ə qaldıracaq


ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) ABŞ iqtisadiyyatı qarşısında investisiya öhdəliklərini yerinə yetirmədiyi təqdirdə idxal rüsumlarını 35 % səviyyəsinə qaldırmaq niyyətindədir.

"Report" xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

"Bu zaman onlar 35 % rüsum ödəyəcəklər", - ABŞ Prezidenti qeyd edib.

D.Trampın sözlərinə görə, daha əvvəl Aİ 600 milyard dollar investisiya yatırdıqdan sonra rüsumlar azaldılıb.

"Onlar öz rüsumlarını azaltdılar, 600 milyard dollar investisiya yatırdılar və mən o zaman rüsumu 30 %-dən 15 %-ə endirdim. Sonra bir neçə ölkə sual verməyə başladı: niyə Avropa İttifaqı bizdən az ödəyir?" - ABŞ lideri vurğulayıb.

Oxşar xəbərlər

Zelenski: Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb
Yaponiya ABŞ-a 550 milyard dollar yatıracaq
Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
ABŞ-nin rüsumları Polşaya 2,2 milyard dollar ziyan vuracaq
Tusk: “Microsoft” Polşaya 700 milyon dollar investisiya yatıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər