Özbəkistan və Türkiyə iki il ərzində ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Özbəkistan və Türkiyə iki il ərzində ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır


Özbəkistan və Türkiyə növbəti iki il ərzində qarşılıqlı ticarət dövriyyəsinin dəyərinin 5 milyard ABŞ dollarına çatdırılması barədə razılığa gəlib.

“Report” Özbəkistan mediasına istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Türkiyədəki səfiri İlhom Haydarovun bu ölkənin ticarət naziri Ömər Bolatla görüşündən sonra məlum olub.

Danışıqlar zamanı tərəflər ticari-iqtisadi və investisiya əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər. 2024-cü ilin yekunları üzrə qarşılıqlı ticarətin dəyəri 3 milyard ABŞ dollarına çatıb və indi bu rəqəmin təxminən iki dəfə artırılması hədəflənib.

Türkiyə tərəfi qarşıya qoyulan məqsədə çatmaq üçün böyük ehtiyatların olduğunu vurğulayıb, hər iki ölkənin məhsullarının dünya bazarlarında yüksək rəqabət qabiliyyətini qeyd edib.

Türkiyənin Özbəkistan, eləcə də Pakistan, Azərbaycan və İranla imzaladığı Preferensial ticarət sazişi çərçivəsində yaranan imkanlara xüsusi diqqət yönəldilib.

Danışıqlar zamanı Özbəkistan ixracatçıları üçün tarif və qeyri-tarif maneələrinin azaldılması məsələləri, o cümlədən elektrotexnika, tekstil və kabel məhsullarının əlavə idxal rüsumlarının azaldılması, həmçinin bəzi meyvə və tərəvəz növlərinin idxalına qoyulan məhdudiyyətlərin ləğvi müzakirə edilib.

Oxşar xəbərlər

Türkiyə və Özbəkistan yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır
Özbəkistan və Türkiyə 10 milyard dollarlıq yeni investisiya layihələri formalaşdırıb
Astana və Ankara ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə razılığa gəlib
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle