“Boeing”in müdafiə üzrə işçiləri tətillərini davam etdirirlər
sizinxeber.az xəbər saytı

“Boeing”in müdafiə üzrə işçiləri tətillərini davam etdirirlər


Amerikanın “Boeing” təyyarə istehsalı korporasiyasının işçiləri əmək haqqının artırılması ilə bağlı işəgötürənlə müqavilə imzalamamaq və tətili davam etdirmək qərarına gəliblər.

"Report"un xəbərinə görə, bu barədə Maşinistlər və Aerokosmik İşçilərin Beynəlxalq Assosiasiyası (IAM) məlumat yayıb.

Assosiasiyanın prezidenti Brayan Brayant deyib: "Bizim birliyimiz demokratik prinsiplərə əsaslanır və üzvlərimiz öz töhfələrinə layiqli müqavilə tələb etmək hüququna malikdirlər".

Həmkarlar İttifaqı qeyd edib ki, tətildə iştirak edən əməkdaşlar yüksək texnoloji hərbi sistemlərin, o cümlədən F-15 və F/A-18 qırıcılarının, eləcə də müasir raket və müdafiə texnologiyalarının yığılması və texniki xidməti ilə məşğul olurlar.

Oxşar xəbərlər

Finlandiyada ticarət işçilərinin tətili başlayıb
ATİAHİ fəaliyyətini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək
“Boeing” ABŞ-də tətil edən işçilərin maaşlarını 38% artırmağı təklif edib
"Boeing" böhranı dayandırmaq üçün təyyarə istehsalını azaldır
Qətərin Baş naziri: “Boeing 747-8” Trampa hədiyyə verilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle