ATİAHİ fəaliyyətini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək
sizinxeber.az xəbər saytı

ATİAHİ fəaliyyətini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək.

"Report" xəbər verir ki, bu yenilik çərçivəsində Həmkarlar İttifaqının təşkilati strukturunun təkmilləşdirilməsi, fəaliyyət dairəsinin genişləndirilməsi və müasir dövrün çağırışlarına cavab verən yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Dəyişiklik eyni zamanda elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq ifadə etmək məqsədi daşıyır.

Oxşar xəbərlər

ATİAHİ 308 tələbəyə “Adlı təqaüd” təqdim edib
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni sosial layihəyə start verir
Finlandiyada ticarət işçilərinin tətili başlayıb
Elm və Təhsil Nazirliyi tərəfindən foto-video müsabiqəsinə start verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər