

Modi: Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB
Hindistanın Kerala əyalətində yağan güclü yağışlar nəticəsində ən azı 56 nəfər ölüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Vayanad ərazisində sürüşmə xəbərləri məni kədərləndirdi. Zərərçəkənlərə kömək etmək üçün xilasetmə işləri davam edir", - o bildirib.
Qeyd edək ki, Vayanadda axtarış-xilasetmə işlərinə Hindistan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.
Yüzə yaxın insan xilas edilib.
Hindistanın cənubundakı Kerala ştatında sürüşmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Asianet” informasiya portalı məlumat yayıb. Daha əvvəl 24 ölü və ən azı 70 yaralının olduğu bildirilmişdi.
Ştatın səhiyyə naziri Vina Corcun jurnalistlərə verdiyi açıqlamaya görə, hadisə yerində körpü uçduğu üçün xilasedicilərin əraziyə girişi çətinləşib.
Oxşar xəbərlər
Hindistanda sürüşmə qurbanlarının sayı 40 nəfəri ötüb
Hindistanda torpaq sürüşməsində azı 41 nəfər həlak olub
Hindistanda avtobusun dərəyə aşması nəticəsində 22 nəfər ölüb
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb
Efiopiyada torpaq sürüşməsi nəticəsində azı 20 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
