Pentaqon Ukrayna üçün raketlər alacaq
sizinxeber.az xəbər saytı

Pentaqon Ukrayna üçün raketlər alacaq


Pentaqon Amerikanın müdafiə şirkəti “Raytheon Technologies” ilə AMRAAM orta mənzilli “hava-hava” raketlərinin istehsalı üçün 3,5 milyard dollara qədər müqavilə imzalayıb.

“Report”un xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Razılaşma “Raytheon Technologies Corp”.un Arizona ştatının Tuson şəhərindəki bölməsi ilə bağlanıb və mümkün təşviq ödənişləri ilə sabit qiymət nəzərdə tutur. Müqavilə qırıcılar üçün nəzərdə tutulmuş qabaqcıl orta mənzilli raketlərin istehsalını planlaşdırır.

Sənədə əsasən, raketlər təkcə Ukraynaya deyil, həm də bir sıra digər ölkələrə, o cümlədən Danimarka, Belçika, Yaponiya, Niderland, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə tədarük ediləcək.

Oxşar xəbərlər

Pentaqon “AMRAAM” raketlərinin istehsalına təxminən 1,2 milyard dollar ayırıb
Pentaqon AMRAAM raketlərinin istehsalına təxminən 1,2 milyard dollar ayırıb
Pentaqona orta mənzilli ballistik raketlərin istehsalı üçün 639 milyon dollar ayrılacaq
Pentaqon 11,7 milyard dollara 145 ədəd “F-35” sifariş verib
Britaniya Ukraynaya 5 mindən çox “Thales” zenit raketləri təqdim edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər