Sandu: Rusiya Moldova üzərində nəzarəti ələ almağa çalışır
Moldova Prezidenti Maya Sandu müxalifət qüvvələrini Rusiyaya işləməkdə və parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmağa cəhd etməkdə ittiham edib.
“Report” Moldova mediasına istinadən xəbər verir ki, o, bunu səsvermə prosesinə xarici müdaxilə məsələsinin müzakirə olunduğu Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Rusiya bu payızdan etibarən Moldova Respublikası üzərində nəzarət qurmaq üçün seçkilərə misli görünməmiş müdaxilə hazırlayır", - o deyib.
M.Sandu qeyd edib ki, Rusiya ölkədə "ödənişli etirazlar" təşkil etməyə hazırlaşır və "Avropa İttifaqına inteqrasiyanın tərəfdarı olan siyasətçilər, ictimai xadimlər və jurnalistləri qaralama" kampaniyasına başlayıb.
Onun sözlərinə görə, bu prosesdə Moldova pravoslav kilsəsinin bəzi keşişləri də iştirak edir.
Oxşar xəbərlər
Sandu: Moldova Aİ-yə üzvlük danışıqlarını Ukrayna ilə birlikdə aparacaq
Sandu seçkilərə xarici müdaxilə ilə bağlı təhlükəsizlik şurasının iclasını çağırıb
Aİ komissarı: Moldova Avropa ailəsinin bir parçasıdır və biz onun yanındayıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
