Şanxayda tropik fırtına səbəbindən 280 mindən çox insan təxliyə edilib
sizinxeber.az xəbər saytı

Şanxayda tropik fırtına səbəbindən 280 mindən çox insan təxliyə edilib


Şanxay şəhərinin hakimiyyət orqanları "Ko-Mey" tropik fırtınasının yaxınlaşması ilə əlaqədar 280 mindən çox insanı təxliyə edib.

Bu barədə “Report” yerli KİV-ə istinadən məlumat verir.

Bildirilib ki, Şanxayın iki əsas hava limanında ən azı 640 reys ləğv edilə bilər.

Şanxayda bərə əlaqəsi tamamilə dayandırılıb və sürücülərə avtomobil yollarında sürəti saatda 60 kmə qədər azaltmaq tövsiyə edilib. Həmçinin bəzi qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hökumət vəziyyəti izləməyə davam edir, sakinlərə mümkün daşqınlar və torpaq çökmələri barədə xəbərdarlıq edilib.

Fırtına səhər saatlarında Çjetszyan əyalətinin Çjouşan şəhərinə çatıb. Bundan qısa müddət sonra Rusiyanın Kamçatka sahillərində güclü zəlzələ ilə əlaqədar sunami təhlükəsi elan edilib.

Oxşar xəbərlər

Argentinada daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib
“Ampil” qasırğası Yaponiyada həyatı iflic edib
Meksikada Kamçatka zəlzələsi ilə bağlı sunami xəbərdarlığı edilib
Avstraliya nadir tropik siklona hazırlaşır
Estoniyanın 11 mindən çox sakini fırtına səbəbindən elektriksiz qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle