ABŞ neft hasilatını artıra bilər
Rusiya və onun ticarət tərəfdaşlarına qarşı tariflərin tətbiqi qlobal enerji bazarlarında fasilələrə səbəb olarsa, ABŞ neft hasilatını artıracaq.
"Sizinxeber.az"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Aberdindən Vaşinqtona gedərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Mən bundan narahat deyiləm", - ABŞ lideri neft bazarlarının mümkün destabilizasiyasını şərh edərkən deyib.
"Ölkəmizdə o qədər neft var ki, biz hasilatı bir az da artıracağıq. Yəni, hazırda neftin qiyməti olduqca aşağıdır", - o bildirib.
Tramp, həmçinin qeyd edib ki, rüsumların tətbiqi ilə bağlı etdiyi xəbərdarlıqlarla bağlı Rusiya tərəfdən heç bir cavab almayıb.
"Bu, ayıbdır", - ABŞ prezidenti əlavə edib.
Oxşar xəbərlər
Tramp: ABŞ-nin neft və qaz hasilatını artırması onu supergüc edəcək
Aleksandr Novak: “Rusiya bir neçə il ərzində neft hasilatını 540 milyon tona çatdıracaq”
Rusiya Çinə neft tədarükünü artıra bilər
KİV: ABŞ “Chevron”a Venesuelada neft hasilatını bərpa etməyə icazə verib
Tramp ilin sonuna qədər Si Cinpinlə görüşməyi istisna etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













