

Politico: ABŞ Ukrayna ordusuna silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr hazırlayır
ABŞ Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika şirkətləri ilə 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti iki amerikalı məmura istinadən bildirib.
Cümə günü yekunlaşacağı və elan ediləcəyi ehtimal olunan yardım paketi Ukraynaya 61 milyard dollarlıq yardımın bir hissəsi olacaq.
Rəsmilərdən birinin və planlarla tanış şəxsin sözlərinə görə, bura “Patriot” hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları, dronlar, dronlarla mübarizə silahları və döyüş təyyarələrinə quraşdırılacaq “hava-hava” sinifli raketlər daxildir.
Avadanlıq, çox güman ki, bir neçə il Ukraynaya gəlməyəcək, çünki vəsait ABŞ-nin mövcud ehtiyatlarından Kiyev üçün yeni avadanlıqlar almaq əvəzinə, ABŞ müdafiə şirkətləri ilə müqavilə bağlayan Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb.
Müdafiə naziri Lloyd Ostinin Ukrayna Müdafiə Əlaqə Qrupuna daxil olan 50-dən çox ölkənin virtual görüşündə yeni yardımı elan edəcəyi gözlənilir.
“Politico”nun məlumatına görə, Moskva Ukraynanın hər atəşinə cavab olaraq 10-dək artilleriya mərmisi atır və Kiyevin ehtiyatı getdikcə azalır.
“Rusiyalılar öz müdafiə sənayelərində gündə üç növbə, 24/7 rejimində işləməyə ... hazırlaşırlar. Kimə inandığınızdan asılı olaraq, onlar ÜDM-nin 6-7 faizini orduya xərcləyirlər, biz isə təxminən 3,2 faiz xərcləyirik”, – Pentaqonun satınalmalar üzrə rəisi Uilyam Laplant söyləyib.
Məqalədə qeyd olunub ki, keçən ay Bayden administrasiyası iki illik müharibədə ilk dəfə gizli şəkildə Ukraynaya ATACMS-in uzaqmənzilli versiyasını göndərib. Kiyev artıq Rusiyanın arxa cəbhəsinə dərin zərbələr endirmək üçün silahdan bir neçə dəfə istifadə edib.
“Görə bildiyimiz şeylərdən biri də odur ki, Ukrayna silah əldə etdikdə, effektiv ola bilir”, – Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun Corctaun Universitetində müzakirə zamanı deyib.
Oxşar xəbərlər
ABŞ-dan İsrail, Ukrayna və Tayvana fantastik yardım...
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq
Politico: ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyasını dəyişir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
