
sizinxeber.az xəbər saytı

sizinxeber.az xəbər saytı
ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni silah partiyası ayırıb
ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya 275 milyon dollar dəyərində silah və hərbi texnikanın yeni partiyasını təqdim etdiyini açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin baş diplomatının yazılı bəyanatında qeyd olunub.
Bildirilib ki, bu paketə, xüsusilə HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Javelin” və AT-4 tank əleyhinə idarəolunan raket, tank əleyhinə minalar, kimyəvi, bioloji və radiasiyadan qorunma dəstləri daxilir.
Blinken vurğulayıb ki, bu yeni silah partiyasının buraxılması Vaşinqtonun Kiyevə “Rusiyanın Xarkovdakı hücumunu dəf etməyə” kömək etmək səylərinin bir hissəsidir.
Oxşar xəbərlər
Bu ölkə Ermənistana yenə silah göndərir
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
Norveç Ukraynaya birbaşa silah satışına icazə verdi
Antiterror tədbirlərindən sonra Qarabağda 3 000-dən çox tank, 10 000-dən artıq piyada əleyhinə mina aşkarlanıb
694-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
