KİV: ABŞ “SpaceX” ilə müqavilələrinin əksəriyyətini qüvvədə saxlamağı düşünür
ABŞ prezidenti Donald Tramp administrasiyası iş adamı İlon Maska məxsus “SpaceX” şirkəti ilə bağlanan dövlət müqavilələrinə baxıb və belə nəticəyə gəlib ki, müqavilələr Pentaqon və NASA üçün həddindən artıq əhəmiyyət kəsb etdiyinə görə onların əksəriyyətindən imtina etmək mümkün deyil.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Yoxlamalar dövlət xidmətini tərk edən Maskın iyunun 5-də sosial şəbəkələr vasitəsilə Trampla səs-küylü ictimai qarşıdurmasından bir neçə gün sonra başlayıb. Əsas məqsəd “SpaceX” ilə çox milyardlıq müqavilələr bağlayarkən vəsaitlərin səmərəsiz xərclənməsi hallarını müəyyən etmək olub.
Bundan əlavə, ABŞ administrasiyası “SpaceX” ilə rəqabət aparan şirkətlərin eyni vəzifələri daha effektiv yerinə yetirə biləcəyini anlamaq istəyib.
Təhlillərin nəticələrinə əsasən rəsmilər belə qənaətə gəliblər ki, “SpaceX” raket buraxılışı və peyk internet xidmətlərinin göstərilməsi sahəsində əsas şirkətlərdən biridir. Şirkətlə müqavilələr Müdafiə Nazirliyinin və NASA-nın fəaliyyəti üçün zəruri hesab edilib.
Bununla belə, hakimiyyət orqanları gələcəkdə bəzi dövlət müqavilələrini daha ətraflı öyrənməyi planlaşdırır.
“The Wall Street Journal” qeyd edir ki, təkcə bu ilin aprelində Pentaqon milli təhlükəsizlik maraqlarına uyğun olaraq “SpaceX” ilə kosmosa 5,9 milyard dollarlıq müqavilə imzalayıb.
Oxşar xəbərlər
KİV: NASA və Pentaqon “SpaceX” raketlərindən imtina etmək istəyir
Reuters: Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir
Pentaqon Ukraynaya görə “SpaceX” ilə müqavilələr imzalayıb
SpaceX süni intellekt startapına 2 milyard dollar investisiya yatırır
“Newsweek”: “SpaceX”lə müqavilələrinin ləğvi ABŞ-yi Rusiyadan asılı vəziyyətə salacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
