Aİ Belarusa qarşı maliyyə əməliyyatlarına tam qadağa qoyub
sizinxeber.az xəbər saytı

Aİ Belarusa qarşı maliyyə əməliyyatlarına tam qadağa qoyub


Avropa İttifaqı (Aİ) 18-ci sanksiyalar paketi çərçivəsində Belarusa qarşı maliyyə xidmətlərinə qismən qadağanı tam əməliyyat qadağasına qədər genişləndirib.

“Sizinxeber.az”un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

"Xüsusi maliyyə xidmətlərinə qadağa əməliyyatlara tam qadağaya qədər genişləndirilib. Həmçinin Belarusdan silah idxalına embarqo tətbiq edilir", - məlumatda qeyd olunub.

Sanksiyalar, həmçinin Belarus hərbi-sənaye kompleksi ilə əlaqəli 8 obyektə qarşı tətbiq edilib. Onların adları hələ ki, dəqiqləşdirilmir.

Bəyanatda qeyd olunub ki, Minskə qarşı yeni tədbirlər əvvəllər Rusiyaya qarşı tətbiq edilənlərlə uyğunlaşdırılıb.

Oxşar xəbərlər

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Aİ Rusiyaya qarşı sanksiyaları 6 ay müddətinə uzadıb
Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyaları 35 fiziki şəxsi və 19 şirkəti əhatə edəcək
İsveçrə Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə qismən qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər