Suriya qoşunlarını yenidən Əs-Süveydaya göndərməyə hazırlaşır
Suriya druz və bədəvi qəbilələri arasında toqquşmalar fonunda qoşunlarını yenidən Əs-Süveydaya göndərməyə hazırlaşır.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə “Al Arabia” Suriyanın Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir.
Daha əvvəl İsrail Suriya hökumətinə qoşunlarını cənubdan çıxarmağın zəruriliyi barədə xəbərdarlıq etdiyini bildirmişdi.
Məlumata görə, məqsəd sabitliyi təmin etmək və yerli əhalini qorumaqdır. Digər mənbələrə əsasən, Suriya qoşunları artıq Əs-Süveyda yaxınlığındadır.
Toqquşmalar Suriyadakı ərəb qəbilələrinin "cənub əyalətindəki bədəvi qəbilələrini xilas etmək" məqsədilə ümumi səfərbərlik elan etməsindən sonra başlayıb. İsrail isə Suriya hökumətinə cənubdan qoşunlarını çıxarmağın zəruriliyi barədə xəbərdarlıq etdiyini bildirib.
Oxşar xəbərlər
İsrail qoşunlarını Qəzzadan Suriya sərhədinə köçürür
Suriya DİN İsrailin Əs-Suveydaya müdaxiləsini pisləyib
Suriya hökumət qüvvələri yenidən Suveydaya daxil olacaq
KİV: İsrail ABŞ-nin Suriyadan qoşunlarını çıxarması planlarından narahatdır
İsrail Müdafiə Qüvvələri Suriya ilə sərhəddə druzlara qarşı gözyaşardıcı qaz tətbiq edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













